Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Seçkilər xalqımızın iradəsini tam ifadə etdi

0

  •    10.03.2020-ci il tarixində altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. İclasda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədri kimi namizədliyi irəli sürülüb və o, səsvermə nəticəsində Milli Məclisin sədri seçilib. Bununla yanaşı, Parlamentin vitse-spikerləri də dəyişilib. Belə ki, Əli Hüseynli sədrin birinci müavini, deputatlar Adil Əliyev və Fəzail İbrahimli isə sədr müavinləri seçiliblər. Parlamentin sədarətinin tam tərkibdə dəyişməsi ictimaiyyət arasında gözlənilməz olub, xüsusilə Sahibə Qafarovanın sədr seçilməsi sürpriz kimi qarşılanıb.   Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev iclasda iştirak edib. Prezidentimiz altıncı çağırış Milli Məclisin ilk iclasında çıxış edib. Dövlətimizin başçısı altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin deputatlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür edib. Azərbaycan Prezidenti altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq ölkə başçımız hesab edir ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır. Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və bu, demokratiyanın inkişafında önəmli addımdır. 1300-dən çox namizədin mübarizə apardığı seçkilər uğurla keçdi. Seçkilər xalqımızın iradəsini tam ifadə etdi. Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar.    Deputatların qarşısında duran vəzifələrdən danışan Prezidentimiz mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxunub. Qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Prezident İlham Əliyev qeyd edib ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar.   Seçkilər Azərbaycanda aparılan siyasi kursa alternativ olmadığını bir daha sübut edib. Bu gün ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Son illərdə Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur. Azərbaycanın daha da inkişafı üçün bütün sahələrdə, o cümlədən həqiqətlərimizin, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəailyyətlərində uğurlar arzulayırıq. Modernləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycanın yeni iqtisadi, sosial, hüquqi islahatların, həmçinin dünyanın yeni xarici siyasətinin müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında hakimiyyətin hər üç-icra, qanunverici və məhkəmə-hüquq sistemində təkmilləşmənin vəhdətliyinin qorunması əhəmiyyətli rol oynayır. Əminik ki, dünyanın diqqətini ölkəmizə yönəldən uğurlarımız bundan sonra da davamlı olacaq. Azərbaycan yeniliklərə imza atan ölkə kimi mövqeyini daha da möhkəmləndirəcək. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz artıq bu günümüzün reallıqları sırasındadır.Aydın Əliyev,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib45 dəfə
    Seçkilər xalqımızın iradəsini tam ifadə etdi

    Maraqlı gələ bilər
    61